Cəlilabadda şəhid bulağının açılışı olub FOTOLAR

18.11.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Şəhriyar Əsgərovun xatirəsinə həsr olunmuş bulağın açılışı olub.

Gununsesi.info xəbər verir ki, bulaq rayonun Göytəpə şəhərində inşa edilib.

Açılışda rayon rəsmiləri, şəhidin yaxınları, qazilər, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar.

Qeyd edək ki, Şəhriyar Əsgərov 1991-ci ildə Cəlilabadın Göytəpə şəhərində anadan olub. Vətən müharibəsi zamanı Xocavənd istiqamətində şəhadətə yüksəlib. (“Report”)

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью