Cəlilabadda sərnişin mikroavtobusu qəzaya düşüb, xəsarət alan var FOTO

26.02.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.

Rayon mərkəzinə sərnişin daşıyan "Mercedes" markalı marşrut avtobusu "Lada-Priora" markalı avtomobillə toqquşub. Qəzada sərnişinlərdən biri, 65 yaşlı Lalə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yolun buz bağlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью