Cəlilabadda su bəndi yenidən qurulur

22.11.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlilabad rayonunda Sarıqaya su bəndində yenidənqurma işləri aparılır.

Bu barədə "Report"un Muğan bürosuna Cəlilabad rayon Suvarma Sistemləri İdarəsindən məlumat verilib.

Bundan başqa, məlumata görə, Hamarqışlaq, Privolnoye, Uzuntəpə-1, Uzuntəpə-2 və Ocaqlı sututarlarında (su bəndi) da yenidənqurma işləri davam etdiriləcək. Məqsəd əkin sahələrinin su təminatının yaxşılaşdırılmasıdır.

Hazırda rayonda ümumi tutumu 28,5 milyon kubmetr olan 20 sututar var.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью