Cəlilabadda sükan arxasında ürəktutma keçirən sürücü ölüb

19.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Cəlilabad, 19 avqust, AZƏRTAC

Cəlilabad rayonunda sükan arxasında ürəktutma keçirən sürücü ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib. Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qəfildən ürəktutma keçirib.

Nəticədə sürücünün idarəetməsindən çıxan avtomobil yoldan kənara çıxaraq yol kənarına düşüb. Sakit Abdinov həyatını itirib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью