Cəlilabadda sürürcü saxlanıldı

07.02.2026

Icma.az, Metbuat saytına istinadən bildirir.

Cəlilabad rayonu ərazisində "Vaz 2106" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Metbuat.az xəbır verir ki, bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Zamiq Səfərovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib.

Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Z.Səfərov 15 gün müddətinə inzibati həbs olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью