Cəlilabadda taxıl biçinində yüksək məhsuldarlıq qeydə alınıb

26.06.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda taxıl biçini davam edir.

Gununsesi.info -nun məlumatına görə, arpa və buğda sahələrində orta məhsuldarlıq yüksəkdir.

Belə ki, ötən əkin ilində arpada orta məhsuldarlıq 26-27, bu il 32-33 sentner təşkil edib. Buğdada isə keçən il orta məhsuldarlıq 32-33 sentner, bu il 35-36 sentner olub.

Hazırda arpa sahələrinin 95 faizi, buğda sahələrinin isə 55 faizi biçilib.

Qeyd edək ki, bu il rayonda 46 980 hektar sahədə buğda və 13 450 hektar sahədə arpa əkilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью