Cəlilabadda texnikalar işləyir VİDEO | Icma.az
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq. Artıq bir neçə gündür davam edən qar yağışı rayon yollarında bir sıra çətinliklər yaradıb.
Ölkə.Az xəbər verir ki, yağıntının çox olması küçələrdə həm piyadaların, həm də nəqliyyatın hərəkətinə mane olub.
Ötən gün Cəlilabadda qarlı yollarda çəkilən görüntülər müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə yayılan videoda bir neçə nəfərin əllərindəki vasitələrlə səkiləri qardan təmizləməyə çalışdığı görünsə də, heç bir qar təmizləyici texnikanın olmaması nəzərə çarpır.
“Cəlilabadda təmizlik işi gedir, kommunal xidmətin hamısı iş başındadır, sağ olsunlar. Texnikalar iş başındadır, işləyir.
Piyada yolları təmizlənir”, - deyə videonu çəkən şəxs ironiya ilə söyləyib.
Billurə Yunus Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu