Cəlilabadda yanğın başladı

28.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Cəlilabad rayonunda fərdi yaşayış evi tamamilə yanıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Mirsayid Məmmədova məxsus birmərtəbəli evdə qəfil yanğın başlayıb. İnternetdən sifariş

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Buna baxmayaraq, ev yanaraq külə dönüb.

Yanğının başvermə səbəbi araşdırılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью