Cəlilabadda YANĞIN: Transformator partladı, bəzi ərazilər işıqsız qaldı FOTO

10.08.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən elektrik transformatorunda qəfil partlayış olub.

Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə nəticəsində elektrik avadanlığında və ətraf ərazidə yanğın baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində ətraf ərazilər işıqsız qalıb, xəsarət alan olmayıb. Qəzanın başvermə səbəbi araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью