Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

15.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad, 15 noyabr, AZƏRTAC

Cəlilabad rayonunun Kazımabad kəndində fərdi yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Adil Əliyevə məxsus kürsülü, birmərtəbəli, ümumi sahəsi 80 kvadratmetr olan evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb edilsə də, alovun qarşısını almaq mümkün olmayıb. Nəticədə yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Müxbir- İlkin Adıyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью