Cəlilabadda yaxın qohumlara qarşı ağır hücum: 49 yaşlı şəxs saxlanılıb

01.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəlilabad, 1 fevral, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad rayonunun Üçtəpə kəndində ağır cinayət hadisəsi qeydə alınıb. Kənd sakini şəxsi münasibətlər zəminində 12 və 14 yaşlı qardaşı qızı və oğluna hücum edib. İlkin məlumata görə, azyaşlılara balta ilə müxtəlif bədən xəsarətləri yetirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, cinayət əməlində şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir. Araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью