Cəlilabadda yeni inşa olunan piyada keçidi uçub

18.11.2024

Icma.az, Anews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabadda qəza nəticəsində piyada keçidi uçub.

APA xəbər verir ki, Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən iri tonnajlı nəqliyyat vasitəsi yerüstü piyada keçidinin altına dəyib.Nəticədə keçid aşaraq hissələrə bölünüb. Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb.

Yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.
www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью