Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Cəlilabad rayonunda qırılaraq yerə düşən elektrik naqilinə toxunan iribuynuzlu heyvan tələf olub.
XQ bildirir ki, hadisə rayonun Privolnoye kəndində baş verib.
Kənd sakini Bariz Məhərrəmovun sözlərinə görə, heyvanlarını örüş sahəsinə apararkən küçədə qırılaraq yerə düşmüş elektrik naqilinə toxunan iribuynuzlu heyvan cərəyan vurması nəticəsində ölüb.
Zərərçəkən bildirib ki, tələf olan heyvanın bazar dəyəri təxminən 4 min manat təşkil edir.