Cəlilabadda yerə düşən elektrik naqili iribuynuzlu heyvanı tələf edib

21.08.2026

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Cəlilabad rayonunda qırılaraq yerə düşən elektrik naqilinə toxunan iribuynuzlu heyvan tələf olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Privolnoye kəndində baş verib.

Kənd sakini Bariz Məhərrəmovun sözlərinə görə, heyvanlarını örüş sahəsinə apararkən küçədə qırılaraq yerə düşmüş elektrik naqilinə toxunan iribuynuzlu heyvan cərəyan vurması nəticəsində ölüb.

Zərərçəkən bildirib ki, tələf olan heyvanın bazar dəyəri təxminən 4 min manat təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью