Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib, sürücü ağır xəsarət alıb

24.11.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Cəlilabad, 24 noyabr, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad rayonunda idarəetməni itirən avtomobil aşıb, sürücü ağır xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara magistralının 142-ci kilometrliyində Cəlilabad rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı əraziyə gələn təcili yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью