Cəlilabadda yol qəzası baş verib, sürücü ölüb

19.08.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəlilabadda yol qəzası baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abdinov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən anidən onun halı pisləşib. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yolun kənarına çıxıb.

Hadisə nəticəsində Sakit Abdinov ölüb. Qəzadan öncə sürücünün qəfil ürəyinin tutduğu ehtimal olunur.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью