Cəlilabadda yol qəzası: Ölən və xəsarət alan var

05.12.2024

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Moderator.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ 2110" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. /Report/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью