Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

13.05.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Cəlilabad rayonunda yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hadisə zamanı iki minik avtomobili toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar rayon xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью