Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

20.12.2024

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayonun Qarazəncir kəndi ərazisində avtomobil qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, qəza köhnə Ələr-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, iki "Mersedes" markalı avtomobil toqquşub. 

Hadisə nəticəsində hər iki sürücü yaralı halda xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью