Cəlilabadda yol qəzasında sürücü

05.12.2024

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Əyyub Əsədovun idarə etdiyi "VAZ 2110" markalı minik avtomobili ilə Orxan Səfərovun idarə etdiyi "Qazel" markalı yük avtomobili toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü ölüb, digər sürücü isə yaralanıb. Yaralı rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью