Cəlilabadda yolnəqliyyat hadisəsi baş verdi

28.12.2024

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəlilabad rayonununda 2 minik avtomobili toqquşub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Alar kəndində baş verib.
Belə ki, hərəkətdə olan iki "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Hadisə nəticəsində xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Hazırda onların sağlamlıq vəziyyətinin sabit olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью