Cəlilabadda yük avtomobili aşıb, ölən və yaralılar var

01.08.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə Əsədli kəndində qeydə alınıb.

Belə ki, "QAZ-53" markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью