Cəlilabadda yük avtomobili at arabasını vurdu Xəsarət alanlar var

27.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Cəlilabad rayonunda yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Qazel" markalı yük avtomobili Maşlıq kənd sakinləri, 1997-ci il təvəllüdlü Əliyev Xəyal Kazım oğlunun və 2007-ci il təvəllüdlü İbadov Allahverən Ərəstun oğlunun olduğu at arabasını vurub.

Qəza nəticəsində hər iki şəxs müxtəlif bədən xəsarətləri alıb. Yaralanan şəxslər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью