Cəlilabadda yük avtomobili yanıb: sürücü xəsarət alıb

15.06.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Cəlilabad rayonunda yük avtomobili yanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Cəlilabad rayonunun Sərhədabad kəndində qeydə alınıb.

Belə ki, Rafət Yaqubovun idarə etdiyi “QAZ 53” markalı yük avtomobili qəfildən alışıb.

Hadisə nəticəsində avtomobil və yükü tamamilə yanaraq kül olub.

Yanıq xəsarətləri alan sürücü R.Yaqubov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью