Cəlilabadda zəlzələ olub

27.11.2024

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda 3,3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə "Ölkə.az"a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Cəlilabad stansiyasından 13 km şimalda, Cəlilabad rayonunda qeydə alınıb

Yerli vaxtla saat 17:07-də baş verən yeraltı təkanın dərinliyi 25 kilometr olub.

Zəlzələ hiss olunmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью