Cəlilabadda zəncirvarı qəza Yaralananlardan ikisi azyaşlıdır

20.09.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cəlilabad rayonunda zəncirvarıı yol-nəqliyyat hadisəsi baş verib, 2-i azyaşlı olmaqla, 3 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"Toyota Prius" markalı minik avtomobili əvvəlcə "VAZ-21099", daha sonra "VAZ-2107" markalı minik avtomobilləri ilə toqquşub.

Qəza nəticəsində 3 nəfər - 66 yaşlı Beytulla Mirzəyev, 5 yaşlı S. Diniyev və K. Diniyev xəsarət alıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью