Cəlilabadda ziyarətgah ərazisində qanunsuz qazıntı işi aparılıb

23.08.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cəlilabad rayonununda ziyarətgah ərazisində qazıntı işləri aparılıb.

Kənd sakinlərinin "Report"un Muğan bürosuna verdiyi məlumata görə, sümük qalıqları qazılaraq çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hazırda məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Qeyd edək ki, ziyarətgah hər hansı dövlət tarixi-mədəniyyət abidələri siyahısında qeydiyyatda olmasa da, yerli əhali üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır.

❮ ❯

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью