Cəlilabaddakı faciəli qətlin təfərrüatı Ər işdən yenicə qayıdıbmış

30.11.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Cəlilabadda baş vermiş faciəli qətlin təfərrüatları məlum olub.
Bizim.Media xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 35 yaşlı Vüsal Cəfərov bütün tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Əvvəlcə Vüsal Cəfərovun yıxılaraq xəsarət aldıgı deyilsə də, aparılan araşdırmalar hadisənin qəsdən törədildiyini göstərib.
Məlum olub ki, Vüsal Cəfərov həyat yoldaşı Kəsirə Cəfərova tərəfindən bıçaqlanıb.
Hadisə günorta saatlarında ər-arvad arasında yaranan mübahisə zamanı baş verib.
Kəsirə Cəfərova polis tərəfindən saxlanılıb.
Qeyd olunur ki, mərhum Vüsal Cəfərov daş karxanasında işləyirmiş və hadisə baş verən gün işdən evinə yenicə qayıdıbmış.
Sabutay, Bizim.Media, Cənub bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью