Cəlilabadın 12 kəndində işıq olmayacaq

04.08.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Missiya.Az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bu gün 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 11:30-dək rayonun Göytəpə şəhəri, Ağdaş, Axtaxana, Bəciravan, Darılıq, Fətullaqışlaq, Həziabad, Kazımabad, Maşlıq, Muğan, Privolnoye, Soyuqbulaq, Şıxlar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью