Cəlilabadın 24 kəndində qazın verilişi bərpa olunub

28.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Cəlilabad rayonunun 24 kəndində qazın verilişində olan məhdudiyyət aradan qaldırılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, artıq qazın verilişi bərpa olunub.

Qeyd edək ki, bu gün saat 10:00-dan görüləcək işlər başa çatanadək rayonun 24 yaşayış məntəqəsi üzrə 10 min 608 abonentin (Günəşli, Alar, Sabirabad, Qarazəncir, Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Üçtəpə, Cəfərxanlı, Təzəkənd, Gülməmmədli, Ətcələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı və Cəlayir kəndləri) qazla təchizatı dayandırılmışdı.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью