Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəlilabad rayonunun Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tikinti işləri Göytəpə şəhərinin Qurtuluş küçəsində aparılır.
400 kvadrat metr ərazini əhatə edəcək kompleksdə Göytəpədən olan 44 şəhidin xatirəsi əbədiləşdiriləcək.
Kompleksin 8 noyabr Zəfər günü açılışı olacağı gözlənilir.