Cəlilabadın iki yaşayış məntəqəsində qazlaşma işləri aparılır

05.04.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəlilabad rayonunun iki yaşayış məntəqəsində qazlaşma işləri aparılır.

Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Cəlilabad şəhərinin yeni yaşayış massivində və Hacıməmmədli kəndində qazlaşma işləri aparılır.

Həmçinin vurğulanıb ki, 2025-ci ildə Mirzəli kəndində qazlaşma işlərinin başlanılması da nəzərdə tutulur. Rayonda qazlaşma səviyyəsi 87,6 % təşkil edir.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью