Cəlilabadın qaz təchizatında fasilə yaranacaq

28.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Cəlilabad rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Cebheinfo.az" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, "Qaz İxrac“ İdarəsi tərəfindən Cəlilabad rayonu ərazisində yerləşən "Günəşli” qazpaylayıcı stansiyasında (QPS) ölçü qovşağında nasaz kürəvi kranın əvəzlənməsi və 2 ədəd kranların təmir edilməsi məqsədilə 24 yaşayış məntəqəsinin qaz təchizatının noyabrın 28-də saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью