Çelsi 18 yaşlı futbolçusu ilə yeni müqavilə imzaladı

19.12.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Çelsi" futbolçusu Coş Açimponqla yeni müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

Tərəflər arasında yeni sözləşmə 2029-cu ilin yayınadək nəzərdə tutulub.  

"Çelsi"nin yetirməsi olan 18 yaşlı müdafiəçi əsas komandada ötən həftə debüt edib. O, Konfrans Liqasında "Astana" ilə oyunda meydana çıxıb.

Qeyd edək ki, Coş İngiltərənin U-20 millisinin də üzvüdür. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью