“Çelsi” 2 oyunçu üçün 78 milyon avro ödəyəcək

20.03.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər veir ki, “Sportinq”in futbolçusu Covani Kenda karyerasını “zadəganlar”da davam etdirəcək. Bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı vinger 2026-cı ilin yayında “Çelsi”yə qoşulacaq.

London klubu transfer üçün “Sportinq”ə 50,77 milyon avro ödəyəcək.

“Çelsi” eyni zamanda “Kristal Pelas”dan Dariu Esuqunu da transfer edib. Hazırda “Las Palmas”da icarədə çıxış edən dayaq yarımmüdafiəçisi bu ilin yayınad “Çelsi”yə qoşulacaq. “Zadəganlar” bu transfer üçün 22,27 milyon avro ödəyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью