“Çelsi” 20 yaşlı ingilisə görə 50 milyon ödəyəcək

29.06.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceymi Gittens karyerasını "Çelsi"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosisal şəbəkə hesabında məlumat yayıb.

Mənbənin sözlərinə görə, londonlular 20 yaşlı ingilis üçün 50 milyon avro və 5 milyon bonus ödəyəcək. Futbolçunun müqaviləsi 2032-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Gittens 2024/25 mövsümündə "Borussiya"nın heyətində bütün turnirlərdə 49 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью