“Çelsi” 22 yaşlı hücumçuya görə 30 milyon təzminat ödəyəcək

02.06.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İpsviç"in hücumçusu Liam Delap karyerasını "Çelsi"də davam etdirəcək. Sport24.az  "The Athletic"ə istinadən xəbər verir ki, London klubu İngiltərə millisinin 22 yaşlı futbolçusu ilə fərdi müqavilənin şərtlərini razılaşdırıb.

Delap "Çelsi" ilə  müddəti 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Futbolçu artıq tibbi müayinənin ilk hissəsindən keçib.

"Zadəganlar" Delap üçün 30 milyon funt-sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, Delap "Mançester Siti"nin akademiyasının yetirməsidir. O, 2024-cü ilin yayında "İpsviç"ə keçib. Forvard ötən mövsüm Premyer Liqada 37 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью