“Çelsi” 35 yaşlı hücumçunun transferinə yaxındır

29.07.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Çelsi” 35 yaşlı hücumçunun transferinə yaxındır

İngiltərə millisinin sabiq hücumçusu Denni Uelbek karyerasını "Çelsi"də davam etdirməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, London klubu "Brayton"la 35 yaşlı futbolçunun transferi üçün tam razılığa gəlib. Uelbek də "Çelsi" ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilənin şəxsi şərtlərini qəbul edib.

Bildirilir ki, təcrübəli forvard yaxın vaxtlarda tibbi müayinədən keçəcək. Bundan sonra transferin rəsmən açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Denni Uelbek karyerası ərzində "Arsenal", "Uotford" və digər klublarda da çıxış edib. O, 2020-ci ildən "Brayton"un formasını geyinir. Hücumçu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 40 oyunda 14 qol vurub, 2 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью