Çelsi 4 futbolçu ilə yolları ayırdığını açıqladı ADLAR

09.06.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun sonunda "Çelsi"ni 4 futbolçu tərk edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə “zadəganlar”ın mətbuat xidməti məlumat yayıb.

Üç qapıçı - Lukas Berqström, Eddi Biç və Lyuk Kempbell, eləcə də sol cinah müdafiəçisi Dilan Uilyams "Stamford Bric"dən ayrılacaq. London klubu onlarla müqaviləni uzatmamaq qərarına gəlib. Onların hamısı azad agent olacaq və yeni klublarına pulsuz qoşula biləcəklər.

Uilyamsın karyerasını 2024/25 mövsümünü icarə əsasında keçirdiyi "Börton Albion"da davam etdirəcəyi artıq məlumdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью