Çelsi 5 oyundur nə xal qazanır, nə də qol vurur

22.04.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Çelsi" 5 oyundur nə xal qazanır, nə də qol vurur

“Çelsi"nin uğursuz çıxışları davam edir.

QOL.az xəbər verir ki, London klubu ötən gecə İngiltərə Premyer Liqasının 34-cü turunda “Brayton”a 3 cavabsız qolla uduzub.

"Zadəganlar" çempionatda ardıcıl beşinci matçda məğlub olub. Komanda bu görüşlərdə qol da vura bilməyib.

"Opta"nın məlumatına görə, bu, 114 illik antirekordun təkrarıdır. “Çelsi” sonuncu dəfə 1912-ci ildə çempionatda ardıcıl beş oyunda qol vurmadan uduzub.

Oyundan sonra komandanın baş məşqçisi Liam Rozenyor deyib: "Bu, oyunun hər aspektində qəbuledilməz idi. Mən daim oyunçuları müdafiə edirəm. Amma bu gecəki performans müdafiə olunmaz idi. Buraxdığımız qolların tərzi, uduzduğumuz duellər. Elə indi burada bir şey kəskin şəkildə dəyişməlidir".

Qeyd edək ki, "Çelsi" hazırda 48 xalla 7-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью