Çelsi 65 milyon avroluq cinah oyunçusu ilə bağlı danışıqlar aparır

26.06.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

“Çelsi” və “Borussiya” cinah yarımmüdafiəçisi Ceymi Baynoe-Qittensin transferi ilə bağlı danışıqları davam etdirir.

Apasport.az xəbər verir ki, klublar arasında yeni müzakirələr aparılıb. İddialara görə, tərəflər razılığa yaxınlaşıb.

Eyni zamanda, "arılar"ın rəhbərliyi ingilis üçün təxminən 65 milyon avro istəyir və futbolçuya başqa namizədlərin də olduğunu bildikləri üçün qiyməti aşağı salmaq niyyətində deyil.

Qittens bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə 49 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt 20 yaşlı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Messi "Əl-Hilal"a keçə bilər "Dinamo" legioneri 12 milyon avroya sata bilər Müller MLS klubuna keçə bilər "Barsa" "Yunayted"in hücumçusu ilə maraqlanır Ronaldo "Əl-Nəsr"də qalacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью