futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Çelsi” “Bornmut”un mərkəz yarımmüdafiəçisi Aleks Skottu heyətinə qatmaq üçün addım atıb.
Futbolpress.az xəbər verir ki, “zadəganlar”ın 64 milyon funt-sterlinqlik (təxminən 75 milyon avro) təklifi “giləmeyvəlilər” tərəfindən rədd edilib. Bu barədə “The Standard” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 22 yaşlı ingilis futbolçu London təmsilçisinə keçməkdə çox maraqlıdır. “Bornmut” mart ayında Skotta yeni müqavilə təklif etsə də, oyunçunun komandadan ayrılmaq istəyi səbəbindən danışıqlar ləngiyib.
Yarımmüdafiəçinin hazırkı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. O, ötən mövsüm “Bornmut”un heyətində keçirdiyi 39 rəsmi matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.