“Çelsi” 80 milyona müdafiəçi alır

15.09.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Çelsi" klubu "İnter"in müdafiəçisi Alessandro Bastonini heyətinə qatmaq niyyətindədir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi yanvar transfer pəncərəsində 27 yaşlı italiyalı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır. "Çelsi"nin baş məşqçisi Xabi Alonsonun Bastoninin transferində xüsusilə maraqlı olduğu bildirilir.

Məlumata əsasən, "İnter"in Alessandro Bastoni üçün tələb etdiyi yüksək məbləğ "Barselona"nın da futbolçuya marağının azalmasına səbəb olub. Kataloniya təmsilçisinin daha münasib qiymətə müdafiəçi axtarmağa başladığı qeyd edilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью