“Çelsi” 80 milyonluq transferi reallaşdırmaq üzrədir

30.07.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Çelsi" "Leypsiq"in yarımmüdafiəçisi Xavi Simonsun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Sports Zone" məlumat yayıb.

Mənbənin sözlərinə görə, İngiltərə klubu 22 yaşlı niderlandlı ilə şəxsi anlaşmanın şərtlərini razılaşdırıb. Danışıqlarda "Çelsi"nin baş məşqçisi Enso Mareska iştirak edib. "Leyptsiq" futbolçusunu 80 milyon avroya satmaq fikrindədir.

Qeyd edək ki, Simons 2024/25 mövsümündə bütün turnirlərdə 32 matçda 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun alman klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью