Çelsi Abramoviçin dövründə qaydaları pozmaqda günahlandırılır

11.09.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İngiltərə Futbol Assosiasiyası (FA) Londonun "Çelsi" klubunu agentlərlə işləməkdə günahlandırıb.

İdman.biz bildirir ki, bu barədə jurnalist Ben Ceykobs X sosial şəbəkəsində məlumat verib.

“Çelsi” 2009-2022-ci illər arasında FA-nın agentlərin fəaliyyətinin tənzimlənməsi qaydalarını 74 dəfə pozmaqda ittiham olunub.

"Bu, əsasən, kluba Roman Abramoviçin rəhbərlik etdiyi 2010/2011-2015/2016 mövsümləri dövrünə aiddir. Çelsinin cavab verməsi üçün sentyabrın 19-na qədər vaxtı var”, - Ceykobs yazıb.

"Çelsi" 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində ikincidir. Komanda üç oyunda yeddi xal qazanıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью