“Çelsi” Alonsoya şans verəcək

22.11.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Çelsi” Alonsoya şans verəcək

“Çelsi” rəhbərliyi baş məşqçi Xabi Alonsonu yaxın vaxtlarda istefaya göndərməyi planlaşdırmır.

QOL.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, bəzi azarkeşlərin istefa çağırışlarına baxmayaraq London klubunun rəhbərliyi ispaniyalı mütəxəssisə işləmək üçün vaxt vermək niyyətindədir.

Xatırladaq ki, “Çelsi” Premyer Liqanın son 4 turunda “Sanderlend”ə (0:1), “Tottenhem”ə (0:2) və “Lids”ə (1:4) uduzub. Komanda bu müddətdə yalnız “Mançester Yunayted”i (2:0) məğlub edə bilib.

Qeyd edək ki, London təmsilçisi 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda “Nottinqem Forest”lə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью