Çelsi Argentina millisinin qapıçısını transfer edib

30.08.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

İngiltərənin "Çelsi" klubu Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini rəsmiləşdirib.

BAKU.WS xəbər verir ki, London təmsilçisi 33 yaşlı qolkiperlə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Martines 2020-ci ildən çıxış etdiyi "Aston Villa"nı tərk edib.

Təcrübəli qapıçı Birmingem klubunun heyətində 256 oyuna çıxıb, 305 qol buraxıb və 80 matçda qapısını toxunulmaz saxlayıb.

Martines Argentina yığmasının heyətində 2022-ci ildə dünya çempionu olub, həmçinin iki dəfə Amerika Kubokunu qazanıb. "Transfermarkt" onun hazırkı bazar dəyərini 10 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью