“Çelsi” argentinalı forvard üçün 150 milyon ödəməyə hazırlaşır

15.11.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Çelsi" heyətini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, "zadəganlar" hazırda karyerasını "Atletiko Madrid"də davam etdirən Xulian Alvarezi transfer etmək istəyir.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Premyer Liqa klubu 25 yaşlı hücumçu üçün 150 milyon avronu gözdən çıxarıb.

Oyunçunun özü də bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 18 rəsmi matçda 9 qol və 5 assistlə yadda qalıb.

UEFA “Fənərbaxça”nı cəzalandırıb Dörd klub “Qalatasaray”ın ulduzu ilə maraqlanır Mbappe qollarının sayını 400-ə çatdırıb Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью