Icma.az bildirir, futbolpress-az portalına istinadən.
İngiltərənin “Çelsi” klubu növbəti yoxlama matçında Malayziya təmsilçisi “Yohor Darul Tazim”lə qarşılaşıb. Sultan İbrahim stadionunda baş tutan görüş məhsuldar heç-heçə ilə bitib (3:3).
Futbolpress.az xəbər verir ki, London klubunun heyətində Liam Delap iki penaltini (43, 62) dəqiq yerinə yetirərək dubl edib. “Zadəganlar”ın digər qolunu isə oyunun sonlarına yaxın (89) meydan sahiblərinin müdafiəçisi Antonio Qlauder öz qapısına vurub.
Malayziya komandasının qollarına Arif Ayman (15), Oskar Arribas (65) və Berqson (87) imza atıblar.
“Çelsi” növbəti yoxlama qarşılaşmasını avqustun 14-də İspaniyanın “Real Sosyedad” klubuna karşı keçirəcək.