Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çempionlar Liqasının üçüncü turunda London “Çelsi”si ilə Amsterdamın “Ayaks” klubunun oyunu yekunlaşıb.
İdman.Biz-in məlumatına görə, qarşılaşma Londondakı "Stemford Bric"də baş tutub.
Qonaqlar 15-ci dəqiqədən - Kennet Taylor meydandan qovulduqdan sonra bir nəfər azlıqda qalıblar.
18-ci dəqiqədə Mark Qiu hesabı açıb, 27-ci dəqiqədə Moyses Kaysedo fərqi ikiyə çatdırıb, 33-cü dəqiqədə Vaut Veqorst penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaldıb.
Daha sonra meydan sahiblərindən Enzo Fernandes (45) və Estevao (45+6) penaltiləri qola çeviriblər, Tayrik Corc (48) matça son nöqtəni qoyub.
Bu qələbədən sonra “Çelsi”nin 6 xalı var və o, Çempionlar Liqasının turnir cədvəlinin ortasındadır.
“Ayaks” xalı olmadığı üçün cədvəlin sonuncu pilləsində qərarlaşıb.